Putin Aİ və NATO-nu parçalamaq istəyir

"Rusiyanın Şimali Atlantika Alyansına hücumu qaçılmaz deyil, lakin o, NATO və Avropa İttifaqındakı müttəfiqləri parçalamaq məqsədini güdməkdə davam edir".

Bizimxeber.az "Bild"ə istinadən bildirir ki, bunu İsveçin müdafiə naziri Paul Jönsson deyib.

Consonun sözlərinə görə, Rusiyanın NATO ərazisinə hücumu "qaçılmaz deyil", eyni zamanda o, böyük siyasi və hərbi risklərə hazırdır və silahlı qüvvələrini yenidən təşkil etmək üçün böyük ambisiyaları var.

İsveçli nazir hesab edir ki, Avropada sülhü qorumaq üçün edə biləcəyimiz ən yaxşı şey NATO-nu güclü etmək və diqqəti çəkindirmə və müdafiəyə yönəltməkdir.

O, Alyansın məqsədinin Avropada mümkün müharibəni qazanmaq deyil, onun qarşısını almaq olduğunu vurğulayıb.

"İnanıram ki, Kreml və Putinin özü bu müharibədə uduzacaqlarını dərk edirlər. Amma mən hesab edirəm ki, Rusiya bizi həm Aİ, həm də NATO daxilində siyasi cəhətdən bölməkdə çox maraqlıdır", - Conson yekunlaşdırıb.