PUA hücumu: Rusiya bu aeroportu bağladı

Avqustun 28-də səhər saatlarında Kazan hava limanında təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bu barədə “Rosaviasiya”dan məlumat verilib.

“Saat 07:00-dan (Bakı vaxtı ilə 08:00) etibarən Kazan aeroportu uçuşların qəbulunu və yola salınmasını müvəqqəti dayandırır”, - agentlikdən bildirilib.

“Baza” Teleqram kanalı məhdudiyyətin PUA hücumu səbəbindən tətbiq edildiyini yazıb.