Prokurorluq həkimin intihara cəhd faktını araşdırır

Bakıda xəstəxanada həkimin intihara cəhd etməsi ilə bağlı araşdırmalara başlanılıb. 

Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim laborant işləyən Əsədli Aynur Azad qızının intihara cəhd etməsi barədə vətəndaş müraciəti əsasında hazırda Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.