Prezidentin üçayaqlı iti atəşfəşanlıqdan qorxaraq azıb

Moldova prezidentinin Kodruts ləqəbli Maia Sandu iti Yeni il gecəsi atəşfəşanlıqdan qorxaraq azıb. 

Bizimxeber.az bildirir ki, bu barədə “NewsMaker” nəşri məlumat yayıb.

Əvvəlcə sosial şəbəkələrdə ön pəncəsi olmayan qorxmuş itlə bağlı elan yayılıb. Sosial şəbəkə istifadəçiləri fotoda Kodrutsu tanıyıblar. Prezidentin mətbuat katibi itin itməsi ilə bağlı məlumatı təsdiqləyib. "Bu səhər əziz dostumuz Kodrutsla xoşagəlməz hadisə baş verdi. Güclü atəşfəşanlıq onu qorxudub və o, təşviş içində prezident administrasiyasının həyətindən qaçıb", - o deyib.

O, həmçinin əlavə edib ki, it tez bir zamanda tapılaraq prezident administrasiyasına qaytarılıb.

"Kodruts tapılaraq geri qaytarıldı, o, hazırda evində təhlükəsizdir. Bu hadisə bizə məsuliyyətli olmağın və atəşfəşanlığın heyvan dostlarımıza mənfi təsir göstərdiyini bilməyin nə qədər vacib olduğunu xatırladır", - Sandu sözçüsü vurğulayıb.

Sandu əvvəllər demişdi ki, Kodrut onun idarəsində yaşayan sahibsiz itdir. Heyvan avtomobil tərəfindən vurulduqdan sonra tapılıb. Qəza nəticəsində Kodruts pəncəsini itirib. Keçən il it Avstriya prezidenti Alexander Van der Bellenin əlini dişlədiyi üçün məşhurlaşdı.