Prezidentin işdən çıxardığı başçı ilə bağlı şok fakt

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib.

Bizimxeber.az Unikal.az işdən çıxarılan Şair Alxasovun əmlaklarının siyahısını əldə edib.

Siyahını təqdim edirik:

- Qusarda evi ilə qarşı-qarşıya yerləşən otel;

- Qusar şəhəri ərazisində tikdirdiyi 5 mərtəbəli binalar;

- 6 nömrəli məktəbin yanında otel;

- Nəriman Nərimanov parkında restoran;

- Bayraq meydanının yaxınlığında 2 otel;

- Meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsi;

Qeyd edək ki, Şair Alxasov meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsini 1 sotu 5 min manatdan satırmış.

Xatırladaq ki, bir neçə gün öncə icra başçısı Şair Alxasovun yaxın adamı, bələdiyyə sədri Əlfəddin İbrahimov Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satdığına görə cinayət məsuliyyətinə cəlb edilib.