Prezidentin ailəsi 260 min avronu dövlətə qaytarmalı olacaq

Rumıniya Ali Kassasiya Məhkəməsi prezident Klaus İohannisin ailəsinin Sibiu şəhərindəki əmlakının dövlətə məxsus olduğunu təsdiqləyib.

Bizimxeber.az bildirir ki, İohannis ailəsi dövlətdən aldığı 260 min avronu geri qaytarmalı olacaq.

Söhbət İohannisin həyat yoldaşı Karmenin qayınanası ilə birlikdə mübahisə etdiyi iki daşınmaz əmlakın miras qalması ilə bağlıdır. 

Mülk, 2016-cı ildən etibarən davam edən mürəkkəb hüquqi mübahisələr nəticəsində dövlət mülkiyyətinə keçib. Mülk qalmaqalı övladı olmayan sahibinin ölümündən sonra başlayıb və bir neçə dəfə mülkiyyət hüququna dair iddialarla əlaqədar məhkəmə proseslərinə səbəb olub.

Məhkəmə, İohannis ailəsinin bu mülkdən əldə etdiyi icarə gəlirini geri qaytarmalı olduğunu bəyan edib.