"Prezident seçkilərinin dinc keçəcəyinə əmin deyiləm" - Bayden

ABŞ prezidenti Co Bayden ölkədə keçiriləcək prezident seçkilərinin dinc keçəcəyinə şübhə etdiyini bildirib.

Bizimxeber.az bildirir ki, Amerika prezidentinin bəyanatını CNN verib.

Jurnalistin seçkilərlə bağlı sualını cavablandıran Bayden seçkilərin “azad və ədalətli olacağına” əmin olduğunu bildirib.

"Bilmirəm ki, onlar dinc olacaqlar". (Donald) Trampın dediyi sözlər və keçən dəfə seçkinin nəticəsini bəyənmədiyi zaman dediyi sözlər çox təhlükəli idi”, o bildirib.