"Poz-qazan” lotereyalarının satışı dayandırılır? - Qumar hesab olunur...

"Poz-qazan” lotereyalarının küçə satışı dayandırılır. 

Bizimxeber.az-a daxil olan məlumata görə, satışın dayandırılmasına səbəb insanların çoxsaylı narazılığıdır.

Qeyd olunur ki, "qumar oyunu" hesab olunan bu lotoreyalar cəmiyyət və əsasn gənc nəsil üçün pis örnəkdir, dayandırılması daha vacibdir.

Qeyd edək ki, metro çıxışlarında, insanların çoxluq təşkil etdiyi məkanlarda satışı kütləvi həyata keçirilən  "Poz-qazan” lotereyaları insanların ciddi narazılığına səbəb olub. 

"Poz-qazan” lotereyaları "Azərlotereya” ASC-nin məhsuludur.

Hazırda satışda olan "poz-qazan” lotereya biletləri aşağıdakılardır: 

"40.000.000 Pul Yağışı”, "Brilliant 3”, "5X”, "Şans Ulduzu 4”, "Qızıl 5” və sair qumar lotoreyaları fəaliyyət göstərir.

Bu lotoreyalardan milyonlar qazanılır və heç bir hesabat və vergi ödəmələri həyata keçirilmir.