Portuqaliyada 153 nəfərin "meymun çiçəyi" xəstəliyinə yoluxma halını müəyyən edilib.
Bizimxeber.az bildirir ki, bu barədə ölkənin səhiyyə xidməti məlumat yayıb.
Qeyd olunur ki, xəstəliyin bütün halları kişilərdə aşkarlanıb, halların əksəriyyəti Lissabonda qeydə alınıb.
Qeyd edək ki, ÜST bəyan edib ki, insanlar arasında meymun çiçəyi virusunun yayılması ilə bağlı vəziyyət pandemiya həddinə çatmayacaq.