Portuqaliya parlamenti gözlənilmədən maraqlar toqquşması qalmaqalında olan Luis Monteneqronun başçılıq etdiyi sağ mərkəzçi hökuməti istefaya göndərdi.
Bizimxeber.az bildirir ki, bu barədə RTP xəbər verib.
Müxalifət partiyalarından 142 deputat sağ mərkəzçi Sosial Demokrat Partiyasının rəhbərlik etdiyi Monteneqro hökumətinin istefasının lehinə, 88-i isə əleyhinə səs verib. Portuqaliyada 2022-ci ildən bəri üçüncü növbədənkənar seçkilərə səbəb ola biləcək böhranın mərkəzində baş nazirin ailəsinə məxsus konsaltinq şirkəti dayanır.