Qərbin dəstəklədiyi Ukraynaya Leopard tanklarının çatdırılmasına start verilib.
Bizimxeber.az bildirir ki, Polşa hökumətinin sözçüsü Piotr Müller bəyan edib ki, Varşava hökumətinin öhdəlik götürdüyü ilk Leopard tankları Ukraynaya çatdırılıb.
"Polşadan ilk "Leopard" tankları Ukraynadakı qonşularımıza getdi", - Müller deyib.