"Polşa yaxın günlərdə Ukraynaya 4 ədəd MiQ-29- qırıcı təyyarə təhvil verəcək".
Bizimxeber.az bildirir ki, bu barədə Polşa prezidenti Anjey Duda bildirib.
"Yaxın günlərdə dörd təyyarəni tam işlək vəziyyətdə Ukraynaya təhvil veririk. Təyyarənin qalan hissəsinə texniki xidmət göstərilir və hazırlanır", - deyə Duda bildirib.
O, Polşanın gələcəkdə Ukraynaya verıcəyi MiQ-29 təyyarələrinin dəqiq sayını açıqlamayıb.
Polşa ordusunda xidmətdə olan bu təyyarələr Cənubi Koreyadan gələn FA-50-ni əvəz edəcək, onlardan birincisi ilin sonuna qədər gözlənilir. Sonra F-35-lərin eskadrilyaları onlara qoşulacaq.