Polşa Rusiya qazından tam imtina etdi

Polşa artıq Rusiya qazına ehtiyac duymur.

Bizimxeber.az bildirir ki, bunu Polşanın baş naziri Mateusz Morawiecki ölkənin Rusiyadan istənilən formada asılılıqdan çıxdığını elan edib.

"Bu gündən etibarən biz Rusiyadan asılılığı dayandırmışıq. Anbarlarımız hələ də doludur, onları gündəlik 100% dolduracağıq. 

Xatırladaq ki, “Qazprom” mövcud müqaviləyə zidd olaraq Polşaya qaz nəqlini dayandırıb.

Bu arada Rusiya Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin bildirib ki, Polşa və Bolqarıstana qaz nəqlinin dayandırılması qərarı düzgün qərardır və digər “dost olmayan” ölkələrlə də eyni addım atılmalıdır .