Polşa Rusiya ilə qaz müqaviləsini ləğv etdi

Polşa hökuməti Rusiyadan qaz idxalı ilə bağlı müqaviləni vaxtından əvvəl ləğv edib.

Bizimxeber.az bildirir ki, ölkə müqavilənin 2022-ci ilin sonunda başa çatmasını gözləməyib. 

Sözügedən müqaviləyə əsasən, Polşa Rusiyadan ildə 10 milyon kubmetrədək qaz idxal edə bilər. Müqavilə iki ölkə arasında 1993-cü ildə imzalanıb.

Xatırladaq ki, Polşa aprelin 26-sı Rusiya qazına görə ödənişləri Rusiya Prezidenti Vladimir Putinin tələb etdiyi kimi rublla etməkdən imtina edib. Aprelin 27-si isə “Qazprom” şirkəti Polşanın “PGNiG” şirkətinə qaz göndərilməsini dayandırıb.