Polşa ordusunun hərbçisi Belarusla sərhəddə ölü tapılıb.
Bizimxeber.az bildirir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı məlumat yayıb.
Bildirilir ki, əsgər ölkə sərhədlərinin qorunması üçün “Təhlükəsiz Podlasie” əməliyyatında iştirak edib. Artıq hərbi jandarma hadisə ilə bağlı araşdırma aparır . Hadisənin səbəbləri və şəraiti məlum deyil.
Qeyd edək ki, ötən gün Belarus prezidenti Aleksandr Lukaşenko ölkə sərhədində çətin vəziyyətin yarandığını açıqlamışdı.