Polşa, Belarusla sərhədində Buq çayında genişmiqyaslı elektron maneənin tikintisinə başlayıb.
Bizimxeber.az bildirir ki, Polşa sərhəd xidməti bu barədə məlumat yayıb.
Sərhədin Lublin Voyevodalığında yerləşən Buq çayı üzərindəki elektron hasarın tikintisi davam edir.
Bu ərazidəki elektron maneənin ümumi uzunluğu təxminən 172 kilometr olacaq. Sərhəd Xidmətinin Nadbuzhan İdarəsinin komendantının sözçüsü, kapitan Dariuş Senitski bildirib ki, artıq elektron hasarın bir hissəsi olan videomüşahidə kameralarının quraşdırılması üçün dirəklər yerləşdirilir və enerji təchizatı ilə enerji ötürücü sistemlər birləşdirilir.
Tikinti işləri çərçivəsində təxminən 1800 dirək, 4500-ə yaxın gecə-gündüz videomüşahidə və termal görüntü kameraları, həmçinin obyektlərin müxtəlif fiziki xüsusiyyətlərini aşkar edən xüsusi sensorlar quraşdırılacaq. Elektron hasarın tikintisinin bir il davam edəcəyi və bu investisiyanın 279 milyon zlotıdan (təxminən 72 milyon dollar) çox olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, əvvəllər Belarusla sərhədin Podlaska hissəsində fiziki maneə kimi tikanlı məftillərlə örtülmüş polad arakəsmələrdən ibarət 186 kilometr uzunluğunda 5,5 metr hündürlüyündə hasar tikilmişdir. 2023-cü ilin iyun ayında isə Belarusla sərhəddə elektron hasarın tikintisi başa çatdırılmışdır.