Polşa- Almaniya arasında “Patriot” razılaşması - Raketlər sərhəddə yerləşdirilir

Polşa hakimiyyəti Almaniyanın ölkədə əlavə "Patriot" raketdən müdafiə sistemi (ABM) yerləşdirmək təklifini qəbul edib. 

Bizimxeber.az bildirir ki. bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşak məlumat verib. Onlar Polşa-Ukrayna sərhədində raketdən müdafiə sistemi qurmağı planlaşdırırlar.

“Almaniya müdafiə nazirinin ölkəmizdə əlavə “Patriot” yaylım atəşi sistemlərinin yerləşdirilməsi təklifini məmnunluqla qəbul etdim. Almaniya tərəfi ilə bugünkü telefon danışığı zamanı sistemin Ukrayna ilə sərhəddə yerləşməsini təklif edəcəyəm”, - Blaşçak Twitter səhifəsində yazıb.

Berlinin Polşaya Eurofighter qırıcıları və əlavə hava məkanı təhlükəsizliyini təmin etmək üçün Patriot raketdən müdafiə sistemi ilə təmin etmək təklifini Almaniya Müdafiə Nazirliyinin rəhbəri Kristin Lambrext daha əvvəl söyləmişdi.

“Rheinische Post”un alman nəşrinə müsahibəsində xanım Lambrecht vurğulayıb ki, NATO-nun “əsas məsuliyyəti” alyansın “müharibə tərəfinə çevrilməməsini” təmin etməkdir. O qeyd edib ki, Polşa hakimiyyəti və onların müttəfiqləri Polşada raket qalıqlarının düşməsi ilə bağlı insidentə ehtiyatla cavab veriblər.

Qeyd edək ki, Noyabrın 15-də Ukrayna sərhədi yaxınlığındakı Polşanın Prjevodov kəndinə raket düşüb, iki Polşa vətəndaşı həlak olub. Varşava və Vaşinqton Ukrayna hava hücumundan müdafiə raketinin fraqmentlərinin kəndə düşdüyünü bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski raketin Rusiyaya məxsus olduğunu iddia edib. Lakin onun sözlərinə görə, indiyədək dünyada heç kim baş verənlərlə bağlı etibarlı məlumata malik deyil.