Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib. 

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.