Cənubi Koreya polisi prezident Yoon Seok-Yeolun ofisində axtarışlara başlayıb.
Bizimxeber.az bildirir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb. Agentliyin məlumatında qeyd olunur ki, müstəntiqlər gələn zaman prezident otaqda olmayıb. Ölkə prokurorluğu prezidentə üsyan işi üzrə şübhəli şəxs statusu verib.
Koreya polisi və prokurorları prezident Yoon Seok-Yeolun hərəkətlərini onun hakimiyyəti ələ keçirmək və konstitusiya quruluşunu devirmək planlarında iştirakının sübutu kimi qiymətləndirir.