Pokrovski uğrunda şiddətli döyüş gedir

"Pokrovski istiqamətində Rusiyanın işğalçı qüvvələri ilə şiddətli döyüşlər davam edir".

Bizimxeber.az bildirir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski deyib. 

Onun sözlərinə görə, müdafiənin dayanıqlığını artırmaq və işğalçıları daha effektiv məhv etmək üçün qeyri-standart həllər qəbul etmək lazımdır: “Mübarizə son dərəcə qəddardır. Rus işğalçıları əsgərlərimizin müdafiə xəttini yarmağa çalışırlar. Ukrayna əsgərləri güclü dözüm nümayiş etdirir və düşmənə xeyli ziyan vurur", - Sirski bildirib.

Məlumat üçün bildirək ki, DeepState bildirib ki, Rusiya qüvvələri Pokrovski şəhərinin kənarından cəmi üç kilometr aralıdadır.