Podolyak Rusiyadakı səfərbərlik vəziyyətini lağa qoydu

Ukraynaya qarşı müharibənin 210-cu günündə Rusiya Federasiyasında qismən səfərbərlik elan edilməsi Moskva üçün hər şeyin necə "plan üzrə getdiyini” göstərir.

Bu barədə Ukrayna prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter” səhifəsində yazıb.

"Üçgünlük müharibənin” 210-cu günü gedirdi. Ukraynanın dağıdılmasını tələb edən rusiyalılar, nəhayət, bunlara nail oldular: 1. Səfərbərlik. 2. Sərhədlərin bağlanması, bank hesablarının bağlanması. 3. Fərariliyə görə həbsxana. 4. "Üzdəniraqlar” üçün xüsusi dəstələr. 

Hər şey hələ də plana uyğun gedir, elə deyilmi? Həyat çox zarafatcıldır”, - Podolyak yazıb.