"Kreml Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin Qazaxıstanda baş vermiş təyyarə qəzasının səbəbləri ilə bağlı bəyanatını görüb, lakin onları nəticəni gözləməyə çağırırıq".
Bizimxeber.az bildirir ki, bunu jurnalistlərin suallarına cavab verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: "Kreml bu bəyanatları gördüb”.
Eyni zamanda, Peskov Federal Hava Nəqliyyatı Agentliyinin rəhbərinin Rusiyanın təyyarə qəzasının halları və səbəblərinin araşdırılmasında həm Qazaxıstan, həm də Azərbaycana hərtərəfli dəstək verməyə hazır olması barədə dünənki bəyanatına diqqət çəkməyə çağırıb.
“Rusiyanın bu hazırlığı açıqlanıb. Biz araşdırmanın nəticələrini gözləyirik və təbii ki, burada prezident administrasiyasının açıqlamasına əsaslanmaq yersizdir". - Peskov vurğulayıb.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Arilines-in (AZAL) Bakıdan Qroznıya uçan Embraer təyyarəsi Aktau (Qazaxıstan) yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub. Onlardan 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü Qırğızıstan vətəndaşıdır. 38 nəfər ölüb. İlkin araşdırılmalara görə, Azərbaycana məxsus təyyarə Qroznı səmasında vurulub və ağır zədələr alaraq, Aktau (Qazaxıstan) yaxınlığında qəza enişi edib.