Peskov oğlunun mövqeyini şərh etmədi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə qismən səfərbərlik elan edilməsi fonunda oğlu Nikolayın hərbi komissarlığa gəlməsi ilə bağlı mövqeyini şərh etməkdən imtina edib.

Bizimxeber.az bildirir ki, sentyabrın 21-də jurnalistlər Peskovun oğlu Nikolay ilə söhbətin fraqmentini yaydılar. Özlərini hərbi komissarlığın işçisi kimi təqdim etdilər və ertəsi gün səhər saat 10-da komissarlığa gəlməyin zəruriliyini bildirdilər. Söhbətin dərc olunmuş fraqmentində mətbuat katibinin oğlu hərbi komissarlığa getməkdən imtina edir və məsələni “başqa yolla” həll etmək planlarından danışır.

"Mən bu barədə məlumatlıyam və bilirəm ki, söhbətin tam mətni yerləşdirilməyib", - Peskov dərc olunmuş dialoqu necə şərh edəcəyi ilə bağlı suala cavab verib. Mətbuat katibinin sözlərinə görə, oğlunun mövqeyini özündən bilsə də, bu barədə açıqlama verməyəcək.