"“Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın saxlanılması barədə məlumatlara malik deyiləm". Bizimxeber.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Məndə belə bir məlumat yoxdur, ona görə də bu məsələ ilə bağlı heç nə deyə bilmərəm. Amma əgər o, hələ də Rusiya vətəndaşıdırsa, o zaman Rusiya Federasiyası onun hüquqlarını qoruyacaq".
Qeyd edək ki, Qarabağa gəlməzdən əvvəl Rusiya vətəndaşlığından imtina edib, dekabrın 22-də prezident Vladimir Putinin fərmanı ilə vətəndaşlığını itirib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov da təsdiqləyib.
Lavrovun dediklərindən sitat - "Vardanyanın Rusiya Federasiyası ilə heç bir əlaqəsi yoxdur və Rusiya hakimiyyətinin də onunla heç bir əlaqəsi yoxdur”.