Perunun korrupsiyaner prezidenti öldü

Perunun keçmiş prezidenti Alberto Fujimori 86 yaşında xərçəngdən dünyasını dəyişib.

Bizimxeber.az bildirir ki, Fujimorinin qızı Keiko Fujimori bu xəbəri sosial mediada təsdiqləyib.

Alberto Fujimori, 1990-2000-ci illər arasında Perunun prezidenti olub. Onun prezidentlik dövrü, ölkədəki iqtisadi və siyasi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirib. Fujimori, üsyançı qrup Sendero Luminoso ilə mübarizədə sərt tədbirlər görüb, lakin bu tədbirlər insan haqları pozuntularına səbəb olub.

Fujimori, 2000-ci ildən etibarən korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə qarşılaşıb. O, vəzifəsindən istefa etdikdən sonra Yaponiyaya qaçıb, lakin burada həbs edilərək Peruya ekstradisiya edilib. 2022-ci ilin dekabrında, Peru konstitusiya məhkəməsi tərəfindən əfv fərmanı bərpa edildikdən sonra Limanın Barbadillo həbsxanasından azad edildi.

Mənbə: Reuters