Pentaqon Suriyada Əl-Qaidə liderinə hava zərbəsi endirdi

ABŞ hərbi qüvvələri Əl-Qaidə terror qruplaşmasının  liderlərindən birinə hava zərbəsi endirdi. Bizimxeber.az xəbər verir ki, RİA Novosti bu barədə Pentaqonun mətbuat katibi Con Kirbinin bəyanatına istinadən yazıb. 

Onun sözlərinə görə, hava hücumuna görə məsuliyyəti ABŞ Mərkəzi Komandanlığı öz üzərinə götürüb. Hücum İdlib şəhəri yaxınlığında həyata keçirilib.

Kirbinin sözlərinə görə, ilkin məlumatlar zərbənin hədəfi vurduğunu göstərir. Eyni zamanda, mülki itkilər yoxdur.

Bu arada KİV pilotsuz təyyarənin üç Əl-Qaidə yaraqlısının olduğu bir avtomobilə dəydiyini yazıb.