"Rusiya 2022-ci ildə Ukraynaya tammiqyaslı işğalın başlamasından bu yana 200 milyard dollar xərcləyib".
Bizimxeber.az bildirir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin deyib.
Onun sözlərinə görə, 2022-ci ilin fevralından bəri Rusiya ən azı 700 min qurbana məruz qalıb və 200 milyard dollardan çox itki verib.
Pentaqon rəhbəri vurğulayıb ki, son aylarda Rusiya hər gün 1000-ə yaxın itki verib: "Rusiyanın itkiləri, İkinci Dünya Müharibəsindən bəri bütün münaqişələrdəki itkilərinin ümumi sayından daha böyükdür”.