Pentaqon əlaqə kanalı yaratmağa çalışır - Rusiya cavab vermir...

Məhşur "Politico ” qəzeti ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, Pentaqon 2015-ci ildə Suriya üzərində yaranmış vəziyyətə bənzər Ukraynadakı vəziyyət fonunda Rusiya Federasiyası ilə rabitə kanalı yaratmaq istəyir.

Bizimxeber.az bildirir ki, bu barədə pentaqonun yüksək rütbəli rəsmisi deyib: "Biz ruslara əməliyyat səviyyəsində kanalın lazım olduğuna inandığımızı söylədik. Bununla da səhv hesablamalardan qaça biləcəyimizi düşünük".

Dövlət Departamenti Rusiya ilə ABŞ arasında münasibətlərin əsaslı şəkildə dəyişdiyini bildirib. Eyni zamanda o qeyd edib ki, Amerika tərəfi Rusiya Federasiyasından cavab almayıb.