Pelosinin evinə basqın edildi, əri yaralandı

Naməlum şəxs ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin San-Fransiskodakı evinə basqın edib.

Bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Məlumata görə, sözügedən şəxs Nensinin həyat yoldaşı 82 yaşlı Pol Pelosiyə hücum edərək yaralayıb. Hadisə zamanı Nensi Pelosi evdə olmayıb.

Basqın edən şəxsin saxlanıldığı, Pol Pelosinin isə xəstəxanaya yerləşdirildiyi bildirilir.