Pekində keçiriləcək Olimpiadada robotlar kulinariya ləzzətləri ilə heyrətləndirəcək.
Bizimxeber.az bildirir ki, təkcə yemək bişirmə prosesi deyil, hətta yeməklərin paylanması da avtomatlaşdırılacaq.
Beləliklə, dövlət COVID-19-a yoluxma risklərini minimuma endirmək niyyətindədir.
Artıq media mərkəzinin kafesində nou-hau təqdim olunub. Onun ilk ziyarətçiləri oyunları işıqlandırmaq üçün Çinə gələn jurnalistlər olub.