Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanı Yelisey sarayında qəbul edib.
Görüşdə Azərbaycanla sülh razılaşmasının əldə olunmasının zəruriliyi müzakirə olunub.
Bizimxeber.az bildirir ki, bu barədə Yelisey sarayının bəyanatında deyilir.
Makron Ermənistan və Azərbaycan arasında "mümkün qədər tez", "bütün region xalqlarının maraqlarına uyğun" sülh müqaviləsinin imzalanmasına çağırıb.
Makron və Paşinyan həmçinin Fransa və Ermənistan arasında ikitərəfli əməkdaşlığı gücləndirməyə davam etmək barədə razılığa da gəliblər.