Paşinyan və İlham Əliyevin Davosda iştirakı açıqlandı

Yanvarın 20-dən 24-dək Davosda Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevin iştirak edəcəyi illik iqtisadi forum keçiriləcək.

Bizimxeber.az "Sputnik Armenia"ya istinadən bildirir ki, Paşinyan və Əliyevin də daxil olduğu iştirakçıların siyahısı forumun saytında dərc olunub.

Ermənistanın baş nazirinin mətbuat xidməti hələlik Davosa səfərini rəsmən açıqlamayıb.

Ermənistan baş nazirinin mümkün iştirakı uzun fasilədən sonra ilk olacaq. Son illərdə erməni tərəfi ya iştirak etmirdi, ya da prezident səviyyəsində təmsil olunurdu.