Paşinyan sülh müqaviləsi bağlamağa hazırdır? - "...imzalayacağam"

"Mən sülh naminə çətin qərarlar vermək məsuliyyətini öz üzərimə götürdüm. Amma çətin qərarlar Ermənistanın dövlət maraqlarına zidd qərarlar demək deyil. Biz Ermənistan Respublikasında təhlükəsizliyi, davamlı sabitliyi və sülhü təmin etmək üçün qərarlar qəbul etməliyik".

Bizimxeber.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "armenpress"ə deyib.

"Bir sənədi imzalamaq istəyirik, nəticədə çoxları bizi tənqid edəcək, çoxları söyəcək, çoxları bizə satqın deyəcək, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gələ bilər. Bununla belə, nəticədə Ermənistan Respublikası davamlı sülh və təhlükəsizlik əldə etsə, biz razı qalacağıq. Bunun təmin edəcəyi həlli çox açıq deyirəm, imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, Ermənistanın başına nə gələcək maraqlıdır".

O, Ermənistanda bu məsuliyyəti daşımağa imkan verən parlament çoxluğunun olmasından məmnunluğunu bildirib.