Paşinyan MDB iclasına getmədi

Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkmənistanın paytaxtı Aşqabadda keçirilən MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclasında iştirak etməyib. 

Bu barədə məlumatı TASS məlumat yayıb. 

Bildirilir ki, Paşinyanın əvəzinə Ermənistanı iclasda ölkənin Belarusdakı səfiri Razmik Xumaryan təmsil edib. 

Qeyd edək ki, Ermənistan rəsmiləri son zamanlar MDB və KTMT-nin bir sıra iclas və sammitlərində iştirakdan yayınır.