Paşinyan Makrona da zəng etdi

Ermənistanın baş nazir Nikol Paşinyan ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bizimxeber.az bildirir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar barədə danışıblar.

Xatırladaq ki, Paşinyan bundan təxminən bir saat öncə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmışdı.