Paşinyan hansı ərazilərlə bağlı sənədi imzalayacaq?

“Sabah Ermənistan tarixində ən çətin və həlledici günlərdən biri ola bilər”.

Bizimxeber.az bildirir ki, bu barədə Ermənistanın revanşist düşərgəsinə aid olan “Azadlıq Hərəkatı” təşəbbüs qrupunun üzvü, sabiq deputat Sofiya Hovsepyan bəyan edib.

Sabiq deputat sabah Soçidə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin görüşünə işarə edərək bildirib ki, baş nazir onun üçün məqbul olan sənədi imzalamaq üçün görüşəcək. 

Onun sözlərinə görə, Ermənistanın Tavuş, Ararat (Ağrı dağı), Zəngəzur, Vayodzor rayonları, eləcə də Qarabağla bağlı sənədi imzalayacaq.