Paşinyan hakimiyyəti xaricdən böyük dəstək alır

Paşinyan hakimiyyətinə xaricdən verilən dəstək müxalifətin indiyədək onu sıxışdırıb çıxara bilməməsinin əsas səbəblərindən biridir. 

Bizimxeber.az "Sputnik Armenia"ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında müdafiə nazirinin keçmiş müavini Artak Zakarian deyib. 

“Bu hakimiyyətlərə xaricdən davamlı dəstək var. Belə insanlar 300-400 ildə bir dəfə hakimiyyətə gəlirlər. Hər şeyi öz dövlətinin, təhlükəsizliyinin, xalqının maraqlarına zidd edən hakimiyyət, təəssüf ki, heç yerdə tapa bilməzsən. Normal iqtidarla biz də normal müxalifət olardıq, amma anormal hökumətlə müxalifətin münasibətləri d\ anormal olur”.