"Paşinyan erməni cəsədlərinə sahib çıxmır "- Elçin Eldəniz

“Ermənistanın diversiya qruplarının Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində bölmələrimizə qarşı törətdiyi təxribatların layiqli cəzasını alıblar. Əldə etdiyim məlumatlara əsasən, hazırda ordumuzun işğaldan azad etdiyi ərazilərdə yüzlərcə erməni cəsədləri qalıb".

Bu barədə Bizimxeber.az-a hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Elçin Kərimov bildirib.

Ekspert bildirib ki, baxmayaraq ki, düşmən təxribatlarından əl çəkmir, amma Azərbaycan dövləti humanizm prinsiplərini bu dəfə də nümayiş etdirərək cəsədlərin təhvil verilməsini istəyir: "Amma Ermənistan hələ də cəsədləri aparmaq istəmir. Biz eyni hallarla İkinci Qarabağ müharibəsində də üzləşmişdik. O zaman da, Paşinyan cəsədlərdən imtina edirdi, onlara sahib çıxmaq istəmirdi. Sonradan isə, beynəlxalq təşkilatların iştirakı ilə verilən cəsədləri belə erməni tərəfi soyuducularda gizlədirdi. Hazrıda da Ermənistan hakimiyyəti xalqın narazılığından ehtiyyatlanaraq, ərazilərimizdə qalan erməni cəsədlərini aparmaq istəmir".

Elçin Kərimov bildirib ki, Paşinyan həyəszcasına parlamentdə çıxışı zamanı ölü sayını əvvəlcə 49, daha sonra isə 105 olduğunu söyləyir. Amma yayılan məlumatlarda qeyd olunur ki, Paşinyan KTMT-nin iclasında cəsədlərin sayının 300-350 olduğunu deyib. Bütün bunlar göstərir ki, Paşinyan nəinki beynəlxalq içtimaiyyəti, hətta öx xalqını da aldatmaqdan əl çəkmir.