Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Dövlət Mühafizə Xidmətinin rəhbəri Sarkis Hovhannisyan vəzifəsindən azad edilib.
Bizimxeber.az bildirir ki, bu barədə News.am məlumat yayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin vəzifələrinin yerinə yetirilməsi Dövlət Mühafizə Xidmətinin rəis müavini Artur Qasparyana həvalə edilib.
Qeyd edək ki, Sarkis Hovhannisyan bu il aprelin 28-də Nikol Paşinyanın qərarı ilə Ermənistan Dövlət Mühafizə Xidmətinin rəhbəri təyin edilib .