Paşinyan da Soçiyə getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçiyə səfər edib. 

Bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.

Paşinyanı bu səfərdə Baş nazirin müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və XİN rəhbəri Ararat Mirzoyan müşayiət edir. 

Xatırladaq ki, bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü baş tutacaq.