Paşinyan da Moskvaya getdi

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya gedib.

Bizimxeber.az "Sputnik Ermənistan" bildirir ki,  Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının Moskvada keçiriləcək növbəti iclasında iştirak edəcək.

Onun Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.

Moskvada Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında üçtərəfli danışıqlar da nəzərdə tutulub.