“PAŞA Sığorta”dan şikayət: “Heç usta pulunu da vermirlər” - Jurnalist Samir Feyruzov

Tanınmış jurnalist Samir Feyruzov “PAŞA Sığorta”dan şikayətçidir. 

Bizimxeber.az bildirir ki, jurnalist Samir Feyruzov 3 gün əvvəl avtomobil qəzası keçirb. O qeyd edib ki, xanım sürücü onun avtomobilini vurub və qəzaya səbəb olduğunu etiraf edib: “DYP əməkdaşı gəldi, alkotest etdik, daha sonra BŞDYP-yə dəvət olunduq, hadisə operativ şəkildə araşdırıldı, qarşı tərəfin günahkar olduğu aydınlaşdı. Avtomobili vuran qadın günahını etiraf etdi. İndi onun avtomobilini  sığorta edən şirkət- yəni, “PAŞA Sığorta”  mənim avtomobilimi düzəltdirməlidir”. 

Dövlətdən maliyyə dəstəyi alan jurnalistlər olur YALTAQ, amma hər ay icra  hakimiyyətlərindən...

Samir Feyruzov deyib ki, “PAŞA Sığorta” onun avtomobilinə dəymiş ziyanı qiymətləndirib. Bu isə elə bir qiymətlədirmə olub ki, dəymiş ziyanın yarısı deyil, heç usta pulunu da qarşılamır: “Dünya veclərinə deyil, zənglərə cavab vermirlər, 2 dəfə sığortaya getmişəm, dərdimə qulaq asan yoxdur.

Saymazyana, kobud münasibət öz yerində! Yaxşı ki, polislər var, yoxsa sığortaya arxayın olsaq, sürücülər bir-birini öldürər. Hadisə yerinə polis cəmi 2 dəqiqəyə gəldi, sığorta əməkdaşı isə 2 saata!”

Bir 1 nəfər şəkili ola bilər

"PAŞA Sığorta” ASC-nin idarə heyətinin sədri Ülviyyə Cabbarova

Sığorta şirkəti isə sosial media üzərindən jurnalistin şikayətinə cavab olaraq bildirib ki, jurnalistin qarşılaşdığı hal ilə bağlı təəssüf hissi keçirir və məsələnin daha ətraflı araşdırılması üçün əlaqə vasitələri təqdim edilməlidir".