Livanın paytaxtı Beyrutda portativ rabitə qurğularının partlaması zamanı “Hizbullah”ın baş katibi Həsən Nəsrullah da xəsarət alıb.
Bizimxeber.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edək ki, rabitə vasitələrində eyni anda baş verən partlayışlarda 2800-dən çox insan xəsarət alıb, 8 nəfər həlak olub. İranın Livandakı səfiri Müctəba Əmani də xəsarət alanlar arasındadır.