Papuaşvili Avropa Parlamentinin qətnaməsini tənqid etdi

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili, çərşənbə günü Avropa Parlamentində səsə qoyulacaq qətnaməni "qeyri-adi, biabırçı və iyrənc" adlandırıb.

Bizimxeber.az bildirir ki, o, seçkilərə az qalmış belə bir qətnamənin qəbulunu seçicilərin iradəsinə təsir etmək cəhdi kimi qiymətləndirib.

Papuaşvili, Avropa Parlamentinin Gürcüstanla bağlı son dörd qətnaməsinin şəxsi hücumlar və yalanlarla dolu olduğunu vurğulayıb. Qətnamənin Bidzina İvanişviliyə qarşı sanksiyaları nəzərdə tutan hissəsinin həddən artıq olduğunu, Mixail Saakaşviliyə dair yazılanların isə biabırçılıq təşkil etdiyini bildirib.

O, xarici təsirlərdən azad seçkilərin keçirilməsi üçün suveren hüququn qorunmasına çağıraraq, Gürcüstana qarşı sanksiya tələblərinin iyrənc olduğunu qeyd edib. Papuaşvili, Avropa Parlamentinin oktyabrın 26-da keçiriləcək seçkilərə hörmət etməsini və müxalifəti demokratiya hökmü kimi qəbul etməyə çağırmağı ümid etdiyini bildirib.

Avropa Parlamenti, bu gün Gürcüstanda demokratik dönüş və siyasi plüralizmə təhlükə ilə bağlı qətnaməyə səs verəcək.  Aİ rəhbərləri, Gürcüstanın "xarici agentlər" haqqında qanun qəbul etməsinin ölkənin Avropaya inteqrasiya prosesini dayandırdığını bildirmişdilər.