Papa ukraynalıları və rusları “qardaş” adlandırdı

Roma Papası Fransisk növbəti dəfə dünyanı sülhə çağırıb. 

Bizimxeber.az bildirib ki, Papa Fələstində, İsraildə, Livanda, Suriyada, bütün Yaxın Şərqdə və Myanmada sülh üçün dua edib.

Vatikandan verilən məlumata görə, Roma Papası “qardaşlar, əmioğlular” adlandırdığı Ukrayna və Rus xalqları üçün çoxdan gözlənilən sülh istəyib: "Qoy bir anlaşsınlar. Müharibə həmişə uğursuzluqdur”, - Papa Fransis deyib.