Papa ukraynaca danışdı - Rusiyanı müharibəni dayandırmağa çağırmadı

Papa Fransisk Pasxa bayramı zamanı ukraynalılara müraciət edib. Bildirib ki, bütün dünyada xalqımız üçün dualar eşidilir. Eyni zamanda, Roma Papası Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa çağırmayıb.

Bizimxeber.az bildirir ki, bu barədə Vatican News xəbər verir.

Papa Fransisk ukraynalılara dəstək əlaməti olaraq ukraynaca “Məsih dirildi” Pasxa təbrikini çatdırıb.

"Hamımız dua edirik, sizinlə və sizin üçün bu gecə dua edirik. Çoxlu əzablara görə dua edirik. Biz yalnız sizə dostluq təklif edə bilərik, sizin üçün dua edə bilərik və deyə bilərik: "Möhkəm ol! Biz sizinləyik!” - Papa deyib.