Pakistanda sərnişin qatarındakı hadisədə 25 nəfər öldürülüb - Fotolar+Yenilənib

Xəbər verdiyimiz kimi, dünən Pakistanda “Bəlucistan azadlıq ordusu” ekstremist qruplaşmasının döyüşçüləri sərnişin qatarında 450 nəfəri girov götürüb.

“ “Geo TV” telekanalına istinadən məlumatına görə, ölkənin təhlükəsizlik qüvvələri həmin sərnişinlərdən 155-ini azad edib. Bildirilib ki, əməliyyat zamanı 30 ekstremist zərərsizləşdirilib. Hazırda digər sərnişinlərin azad edilməsi istiqamətində əməliyyat davam etdirilir.

***

Pakistan ordusu çərşənbə axşamı Bəlucistan əyalətində silahlılar tərəfindən ələ keçirilən sərnişin qatarından 300-dən çox girovu azad etdiyini bildirib.

Ordu sözçüsü əməliyyat zamanı 33 yaraqlının öldürüldüyünü bildirib.

Hərbi sözçünün sözlərinə görə, silahlılar tərəfindən 21 mülki girov və dörd hərbçi öldürülüb.