Özbəkistandan jurnalistlərə və bloqqerlərə qadağa...


Özbəkistanda jurnalistlərə və bloqqerlərə Qazaxıstandakı hadisələri tam şəkildə işıqlandırmaq qadağandır. Bizimxeber.az bildirir ki, bu barədə bloqqer Azattyk məlumat verib.

Onun sözlərinə görə, media nümayəndələri və sosial şəbəkələrdəki fəallar hüquq-mühafizə orqanlarına çağırılaraq “bu mövzuda az yazılsınlar”, “videolar yayılmasınlar”, “mitinqlərə çağırılmasınlar” tələbi qoyulub: “Televiziyada işləyən dostum dedi ki, belə bir sifariş xüsusi xidmət orqanlarından gəlib. Bundan əlavə, İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin nümayəndələri də bunun xüsusi xidmət orqanlarının sifarişi olduğunu etiraf ediblər”, - deyə anonimlik şərti ilə jurnalistlərə bloqqer bildirib.