Avropalı müttəfiqlər bu həftə soruşmaqdan qorxduqları suala cavab verməyə hazırlaşırlar: Onlar həqiqətən ABŞ-a arxalana bilərlərmi?
Bizimxeber.az bildirir ki, qitənin rəsmiləri Münhen Təhlükəsizlik Konfransında yeni Trump administrasiyası ilə ilk üz-üzə görüşəcəklər. İllik tədbir adətən ittifaqları möhkəmləndirmək və həmfikir liderlərlə demokratik idealları əks etdirmək üçün nəzərdə tutulur.
Prezident Donald Tramp keçən ay vəzifəyə gəldikdən sonra ABŞ-ın Avropa dövlətləri ilə münasibətlərinə necə yanaşacağına dair bir neçə konkret konturları göstərdi. Həmçinin, NATO üzvlərini müdafiə xərclərini kütləvi şəkildə artırmalarına işarə etdi, ABŞ ordusunun Avropadakı rolunu rədd etdi, xarici yardımı dondurdu, Qrenlandiyanın ələ keçirilməsini müdafiə etdi, Rusiyanı danışıqlarda tərəfdaş kimi qiymətləndirdi və Ukraynadan dəstəyi çəkməklə hədələdi.
Müttəfiqlərin ABŞ prezidentinin fəaliyyətinin pozulması və qeyri-müəyyənliklərini idarə etmək təcrübəsinə malik olsalar da, bu administrasiya əvvəllər üzləşdiyindən daha geniş, ciddi və aqressivdir.
Bu arada Kanadanın innovasiya, elm və sənaye naziri Fransua-Philippe Champagne müsahibəsində "Oyunun qaydaları dəyişdi" deyib.
"Trump, tez-tez ardıcıl dünyagörüşü yaratmaq üçün mübarizə aparan ilk administrasiyasından çox fərqli bir nöqtədə dayanıb. Hətta ABŞ rəsmiləri Avropanı öz müdafiəsinə daha çox diqqət yetirməyə inandırsalar da, vəziyyət tamamilə fəqrlidir. Son bir neçə həftə göstərdi ki, Ağ Ev potensial torpaq iddialarından və ya tariflərdən danışıqlar taktikası kimi istifadə etməkdən çəkinmir" -deyə, Fransua-Philippe Champagne bildirib.
"ABŞ-ın nə təklif edəcəyini bilmirik, ona görə də hamı Münheni gözləyir" deyə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib. Müttəfiqlər həmçinin konfransda iştirak edəcək və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü planlaşdırılan vitse-prezident JD Vance-ə də diqqət yetirirlər.
Avropalı diplomatlar həmçinin ABŞ kontingentini Münhenə müşayiət edəcək dövlət katibi Marko Rubio və Rusiya-Ukrayna çarı Keith Kellogg-un Avropa siyasəti ilə bağlı boşluqları doldurmağa kömək edəcəklərinə ümid edirlər.