Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədəki paylaşımında Avropa və Amerikada yaşayan gürcüləri öz mövqelərini fəal şəkildə ifadə etməyə çağırıb.
“Bu qəddar, amansız, rus tipli xüsusi əməliyyatlara, ifadə azadlığının boğulmasına münasibətinizi aydın şəkildə ifadə etməyin vaxtıdır... Vətəndə susmaq və heç nə olmamış kimi davranmaq artıq ola bilməz!”, - Salome Zurabişvili yazıb.
Gürcüstan prezidenti gürcü mühacirlərdən öz mövqelərini mətbuatda, səfirliklərdə və ya Gürcüstana gəlməklə bildirmələrini xahiş edib.